"Barselona"nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçisi Lamin Yamalın nə vaxt qayıdacağından danışıb.
Publika.az xəbər verir ki, o, bu barədə qısa şəkildə bunları deyib: "Mən Yamala dedim ki, onu şənbə günü "Las Palmas" ilə matçda bizimlə görəcəyimə ümid edirəm".
O, bir müddət idi ki, ayaq biləyinin burxulması nəticəsində meydanlardan uzaq qalmışdı.
Bu mövsüm 17 yaşlı Yamal "Barselona"nın heyətində 16 matçda 6 qol vurub, 8 məhsuldar ötürmə edib.