AZ

Ermənistan iqtisadiyyatı TƏHLÜKƏ ALTINDA VƏ TƏNƏZZÜLDƏ - TƏHLİL

Ermənistan iqtisadiyyatının böhran içərisində olması barədə artıq kifayət qədər həyəcan təbili çalınır və hayların ciddi şəkildə narahatlıqları da müşahidə edilir. Xüsusən də erməni ekspertlər və analitiklər özləri belə ölkələrinin iqtisadiyyatında ciddi struktur problemlərinin, eləcə də artımın olmaması barədə açıq şəkildə bildirirlər və bununla bağlı riskləri də etiraf edirlər. İqtisadi göstəricilərin hansı səviyyədə olduğunu görən ekspertlərin, analitiklərin əslində, belə etiraf etmələri başadüşüləndir, çünki real vəziyyət Ermənistan iqtisadiyyatının təhlükə altında olduğunu göstərir.

Sözsüz ki, erməni əsilli analitiklərin, iqtisadçıların, ekspertlərin narahatlıqları səbəbsiz deyil. Hər halda, 25 noyabr tarixində Ermənistanın Statistika Komitəsinin iqtisadi göstəricilərlə bağlı açıqladığı məlumatlar onların ciddi şəkildə narahat olmaları üçün yetərli sayılır. Çünki həmin məlumatlarda qeyd olunur ki, bu il oktyabrda artım templərində əhəmiyyətli dərəcədə azalma müşahidə olunub. Həmçinin, sentyabr ayı ilə müqayisədə 4,6% azalmanın olması barədə Statistika Komitəsinin xüsusən məlumat verib ki, ancaq bu məlumatlar həyəcan təbili üçün kifayət edir. Daha dəqiq desək, işğalçı ölkənin iqtisadi göstəriciləri ilə bağlı rəsmi səviyyədə geriləmənin qeyd olunması azacaq da olsa ağlı kəsən hərhansı bir ermənini, xüsusən də iqtisadiçı, ekspert, analitik olan ermənini narahat etməyə bilməz və narahat da edir. Ona görə ki, məhz onlar vəziyyətin getdikcə daha da acınacaqlı olacağını daha yaxşı başa düşürlər.

Həyəcan doğuran tendensiyaların olması hayların ümidlərini puça çıxarır və vəziyyətin daha acınacaqlı olacağı proqnozu tam məntiqidir

Bir çox erməni əsilli iqtisadçıların məhz öz təhlillərində Ermənistanın Statistika Komitəsinin açıqladığı rəqəmlərin arxasında gizlənən ciddi problemləri qeyd etmələri əbəs yerə deyil. İqtisadi aktivliyin tempinin oktyabrda 8,1% azalmaqda davam etdiyindən narahat olduqlarını gizlətməyən erməni əsilli iqtisadçı analitiklər, ekspertlər Ermənistanın tənəzzülünü yaxşı başa düşürlər deyə həyəcan təbili çalırlar. Cari ilin ilk 10 ayında bitkiçilik sektorunda 12% azalma və zərgərlik məmulatlarının istehsalının həcmində bundan da artıq geriləmənin olmasını açıq şəkildə qeyd etməklə, vəziyyətin işğalçı ölkə üçün getdikcə daha ağır olacağını proqnozlaşdırırlar. Onların proqnozlarına görə, qızılın təkrar ixracı faizlərinin azalması fonunda noyabr və dekabr aylarında azalma və geriləmə daha da dərinləşəcək.

Görünən odur ki, Ermənistan iqtisadiyyatının təhlükə altında, tənəzzüldə olduğunu haylar özləri də başa düşürlər. Çünki görürlər ki, həyəcan doğuran tendensiyalar müşahidə olunur. Başa düşürlər ki, bu tendensiyaların aradan qaldırılması istiqamətində heç bir ümidverici hal müşahidə olunmur. Hər halda, hansısa bir ölkənin tənəzzüldən yaxa qurtarmaq üçün, təhlükələrdən yayınmaq üçün müəyyən tədbirlər görməməsi fonunda həmin ölkənin iqtisadçı ekspertlərinin narahatlığı başadüşüləndir. Məsələ burasındadır ki, tənəzzül deyilən halın qarşısının alınması istiqamətində hərhansı bir plan, hansısa bir proqram belə yoxdursa, vəziyyətin həqiqətən də gözləniləndən də daha acınacaqlı olacağı proqnozu ilə çıxış edənlər tamamilə haqlıdırlar.

Ermənistanın dövlət idarəçiliyində sistemli problemlərin olması da tənəzzülə gətirib çıxarır

Diqqətə çatdıraq ki, 2024-cü ilin doqquz ayının dövlət büdcəsinin icrasının nəticələrinə əsasən “Luys” analitik fondunun apardığı araşdırmada da dövlət proqramlarının icrasında kritik problemlərin olduğu göstərilir. Həmçinin qeyd olunur ki, həmin problemlər də öz növbəsində ümumi iqtisadi fəaliyyətə mənfi təsir göstərir. Əslində, həqiqətən də ümumi büdcə və vergi gəlirlərinin artımının dəqiqləşdirilmiş plana çatmaması özü bəzi məqamlara aydınlıq gətirmək üçün kifayət edir. Yəqin ki, əsaslı məsrəflərlə bağlı vəziyyətin xüsusi narahatlıq doğurması da məntiqi hesab olunmalıdır. "Bu, təkcə dövlət aparatının səmərəsizliyinə işarə etmir, həm də ölkənin iqtisadi artım potensialını sarsıdır", deyə sözügedən fondun analitiklərinin xüsusilə vurğulamaları Ermənistandakı mənzərəni tam çılpaqlığı ilə ortaya qoyur.

Ən problemli proqramların şəhərsalma, yüksək texnologiyalar və ətraf mühitin mühafizəsi sahəsində olduğu da təsadüfi sayılmır. Belə hesab olunur ki, dövlət idarəçiliyinin lazımi qaydada olmaması məsələnin kökündə dayanan məqamdır. Luys ekspertlərinin fikrincə, dövlət idarəçiliyinin səmərəsizliyinin bariz nümunəsi təhsil müəssisələrinin tikintisi və modernləşdirilməsi proqramı olub. Xüsusən məktəblərin, uşaq bağçalarının tikintisi ilə bağlı acınacaqlı vəziyyətin də idarəçilikdə olan sistemli problemlərlə əlaqələndirilməsi hər halda, səbəbsiz ola bilməz və məhz bununla bağlı da ortada olan statistik göstəricilər çox şeydən xəbər verir. Məsələn, işğalçı ölkə üçün hazırda strateji baxımda əhəmiyyətli hesab olunan hərbi-sənaye kompleksinin inkişafı proqramının tam icra edilməməsi və rəqəmsal transformasiya proqramının 2,6% olmaqla, minimum icrası erməni ekspertləri üçün xüsusi narahatlığa əsas verir. Elə məhz bu səbəblərə görə də ekspertlər, iqtisadi artımın ümumi “yavaşlaması”, daha doğrusu, olmaması şəraitində dövlət investisiyalarının qeyri-kafi səviyyədə olması ilə bağlı Ermənistan iqtisadiyyatı üçün ciddi riskləri qeyd edirlər.

İqtisadi geriləmə kimi bir riskin ortaya çıxması hayların kürkünə yamanca birə salıb

Geosiyasi risklər, nəqliyyat məhdudiyyətləri və məhdud daxili bazar səbəbindən işğalçı ölkənin artıq özəl investisiyaların cəlb edilməsində ciddi problemlərlə üzləşdiyi ermənilərin öz “başbilənləri” tərəfindən də etiraf edilir. Həmçinin o da etiraf edilir ki, belə bir şərait iqtisadi inkişaf potensialını belə əhəmiyyətli dərəcədə sarsıda bilər. Açıq şəkildə etiraf edilir ki, xüsusilə təhlükəli məqamlar var. Aydın şəkkildə bildirilir ki, adekvat dövlət investisiyaları olmadan Ermənistan iqtisadiyyatı vaxtından əvvəl, gözlənilən müddətdən də öncə belə tənəzzülə girmək riski ilə üz-üzədir. Sözsüz ki, belə bir tənəzzül istənilən ölkənin, xüsusən də Ermənistan kimi səfalət içərisində, büdcəsi boş olan, heç bir layihənin iştirakçısı olmayan dövlətin uzunmüddətli inkişaf perspektivlərinə mənfi təsir göstərməyə bilməz. Bax elə bu məqam özü də haylar üçün çox həyəcan doğuran məqamdır ki, bunu da nəzərə almamaları mümkünsüzdür.

Artıq Ermənistanın bir ölkə, bir dövlət olaraq geriləməsi, ələlxüsus da iqtisadi geriləmə kimi bir riskin ortaya çıxması hayların kürkünə yamanca birə salıb. Ələlxüsus da, iqtisadiyyatın geriləməsi şəraitində hökumətin gələn il büdcəyə vergi daxilolmalarının həcmini əhəmiyyətli dərəcədə artırmaq istəyi ekspertləri sanki yerlərindən oynadıb. Ermənistan hökumətinin vergi inzibatçılığını sərtləşdirmək kimi planları da var və işğalçı ölkənin ciddi narahatlığını göstərməklə yanaşı, ekspertlərin özlərini də narahat edir.

Ermənistan iqtisadiyyatı pul qazanmaq üçün cəlbedici mühit hesab edilmir və iqtisadi artım barədə düşünmək belə mümkün deyil

Kapital axınının həyəcanverici tendensiyası da hay ekspertlərin xüsusi diqqətinə səbəb olub. Artıq bu ilin birinci yarısında biz Ermənistandan kapital axınını görürük. Görürük ki, ilin birinci yarısının sonuna birbaşa xarici investisiyaların ümumi saldosu, qalığı 55 milyon dollar olmaqla mənfidir. Məhz buna görə də xarici investorlar Ermənistan iqtisadiyyatını pul qazanmaq üçün cəlbedici mühit hesab etmirlər. Əvəzində erməni ekspertlər belə hesab edirlər ki, bu çox, özü də iqtisadiyyat üçün, bir ölkə büdcəsi üçün xüsusi narahatlıq doğuran təhlükəli məqamdır.

Hazırda Ermənistanın borc yükünün davamlı şəkildə artması özü də hayların yuxularını haqlı olaraq ərşə çəkib. Diqqətə çatdıraq ki, öncə adını qeyd etdiyimiz Luys Fondunun analitikləri 2024-cü ilin doqquz ayı ərzində Ermənistanın dövlət borcunun 5,5% artdığını və bu göstəricinin 12,5 milyard dolları keçdiyini qeyd edirlər. Daxili borcun rekord payının 51,8%-ə çatması Ermənistanda ağlı başında olan istənilən adam üçün xüsusi narahatlıq doğurur. Çünki həmin o azacıq ağlı olanlar başa düşürlər ki, bu, istər-istəməz yüksək faiz dərəcələri səbəbindən xidmət xərclərinin artmasına səbəb olacaq. Bir sözlə, 2025-ci il büdcəsinin özünün də icrası ciddi problemlərlə üzləşəcək və planlaşdırılan iqtisadi artım barədə düşünmək belə mümkün deyil, çünki Ermənistan iqtisadiyyatı təhlükə altında və tənəzzüldədir.

Müəllif: İnam Hacıyev
Seçilən
15
sia.az

1Mənbələr