AZ

Deputat 1500 məktəb bağlanacaq dedi - Nazir təkzib etdi

Xəbır verdiyimiz ki, Milli Məclisdə deputat Ceyhun Məmmədov xərclərin optimallaşdırılması məqsədilə ölkədə 4400 məktəbdən 1500-nin bağlanılmasıni bildirmişdi. 

Ucnoqta.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev 1500 məktəbin bağlanacağını təkzib edib.

“Bu, doğru məlumat deyil. Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim “eşitdiyini və ya oxuduğunu doğru anlamamaq” problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək”.

Seçilən
6
2
ucnoqta.az

10Mənbələr