"Qadını öldürdüyünə görə 13 il həbsdə yatan və günahsız olduğu üzə çıxan alman Bavariya hakimiyyətindən əlavə təzminat tələb edib".
Redaktor.az xəbər verir ki, bu barədə “Spiegel” jurnalı yazır.
Belə ki, 2010-cu ildə Münhen vilayət məhkəməsi Manfred Gendikkini ömürlük həbs cəzasına məhkum edib. Məhkəmədkilər onu idarəçi işlədiyi binada yaşayan qadının ölümündə günahkar bilib. İttiham tərəfinin dediyinə görə, Gendikiki evində qurbanla mübahisə edib, onu vurub, sonra isə əlbir olduğu adamla birlikdə qadını vannada boğublar.
Həbs cəzasına məhkum edildikdən sonra Gendikki uzun illər işə yenidən baxılması üçün mübarizə aparıb və ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu iddia edib.Bir müddət sonra təkcə vəkillər deyil, prokurorluq da onun bəraət qazanmasını tələb etməyə başlayıb. Gendikkinin həm məsuliyyəti, həm də cinayətin reallığı şübhə altına alınıb. Sonradan ekspertizalar sübut edib ki, hadisəyə səbəb qəsdən adamöldürmə deyil.
Məhkum edilən şəxs həbsdə keçirdiyi 4916 günün hər biri üçün 75 avro, toplam 368 min avro məbləğində təzminat alaraq 2023-cü ildə azad edilib. Amma bu payızda sərbəst buraxılan kişi və onun ortağı ödəniş məbləğinin yetərli olmadığını bildiriblər. Gendikki mənəvi zərərin ödənilməsi üçün daha 750 min avro tələb edib.
Sevinc İBRAHİMZADƏ