AZ

Netanyahunun həbsi ilə bağlı Fransadan ziddiyyətli bəyanatlar

Daha əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu haqqında həbs qərarı ilə bağlı "beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirəcəyini" elan edən Fransa, yeni bəyanatında Netanyahunun beynəlxalq hüquq çərçivəsində toxunulmazlıqdan faydalana biləcəyini müdafiə etdi.

Turkustan.az xəbər verir ki, BCM-nin Netanyahunun həbs qərarı ilə bağlı son 6 gündür Fransa tərəfindən ziddiyyətli açıqlamalar verilir.

Baş nazir Mişel Barnier dünən Parlamentin Baş Assambleyasında deyib: "Fransa digər sahələrdə olduğu kimi, bu sahədə də beynəlxalq əməkdaşlığa malikdir, biz qanun çərçivədə öhdəlikləri yerinə yetirəcəyik".

Bu gün FransaXarici işlər naziri Jan-Noel Barrotun televiziyada verdiyi açıqlamalar və ondan sonra nazirliyin yazılı açıqlaması Barnierin çıxışı ilə ziddiyyət təşkil edib.

Fransanın ictimai yayımı "France Info"-da qonaq qismində çıxış edən Barrot ölkəsinin BCM-nin müstəqil fəaliyyətinə son dərəcə sadiq olduğunu bildirdi və aşağıdakı açıqlamaları verdi:

"Fransa həmişə olduğu kimi beynəlxalq hüququ tətbiq edəcək. Bu, onun Roma Statutuna qoşulması ilə nəticələnəcək. Bu status həm də bəzi liderlərin toxunulmazlığı ilə bağlı məsələləri nəzərdə tutur və tənzimləyir. Nə olursa olsun, son qərar məhkəmə orqanının olacaq”.

Daha sonra Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Fransanın beynəlxalq öhdəliklərini yerinə yetirəcəyi bir daha vurğulansa da, BCM-nin həbs qərarı ilə bağlı Fransanın hansı addımı atacağı ilə bağlı dəqiq məlumat verilməyib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
16
turkustan.az

1Mənbələr