Britaniyada üç yaşlı qızını dolabda qıfıllı saxlayan ana 7 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.az xəbər verir ki, uşaq 2023-cü ilin fevralında ananın ortağı tərəfindən təsadüfən tapılıb.
Məlum olub ki, uşaq 2020-ci ilin mart ayında Çeşirdəki evlərində doğulub, heç bir rəsmi qeydi olmayıb və doğulandan bəri dolabda gizlədilib.
Ana yalnız arabir uşağa yemək verib və bezini dəyişdirib. Ananın işə getdiyi saatlarda tək qalıb. Uşaq tapılan zaman yeriyə və heç bir səs çıxara bilməyib. Əzələləri zəif və ayaqları şişmiş halda olub.
Hakim Steven Everett uşağın sevgidən, tibbi yardımdan və sosial ünsiyyətdən məhrum olduğunu bildirib. Hakim ananın hərəkətini “yaşayan bir ölüm” kimi qiymətləndirib.