Rusiya Ukrayna ilə hərbi əsirləri mümkün qədər tez dəyişməyə hazırdır.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
“Biz konstruktiv dialoqda maraqlıyıq, məhbusların tez bir zamanda öz evlərinə qayıtmasını hədəfləyirik, hazırda 630 hərbçini əvəz etməyə hazırıq və sonrakı mübadilələrin hazırlanması üçün institusional tədbirlərə də başlayırıq”, - diplomat bildirib.
Sevinc İBRAHİMZADƏ