AZ

Trend BİA və DHA əməkdaşlığı genişləndirirlər

Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) ilə Türkiyənin nüfuzlu media qurumlarından biri olan Demirören İnformasiya Agentliyi (DHA) əməkdaşlıq müqaviləsini genişləndirirlər.

Day.Az xəbər verir ki, İstanbulda agentliyin direktoru İlqar Hüseynov və DHA-nın baş direktoru Cemal Coşkun arasında əlaqələrin dərinləşməsi və şaxələndirilməsi haqqında müqavilə imzalanıb.

Bununla yanaşı, Trend Beynəlxalq İnformasiya Agentliyinin direktoru İlqar Hüseynov və DHA-nın baş direktoru Cemal Coşkun agentliklərin beynəlxalq arenada da birgə fəaliyət barədə razılığa gəliblər.

Qeyd edək ki, 2022-ci ilin oktabrında TREND BİA ilə DHA arasında iki müqavilə imzanalnmışdır. Birinci müqaviləyə əsasən Trend, DHA-nın Türkiyədə fəaliyyət göstərəcək "DHAPRESS" informasiya resursunun Azərbaycan və ingilis dilli versiyalarının işini təşkil edəcək. Trend "DHAPRESS" layihəsinin Xəzər hövzəsi, Mərkəzi Asiya, İran, Rusiya və digər bölgələrlə bağlı siyasi, iqtisadi, energetika və s. sahələr üzrə informasiya təminatını həyata keçirəcək. Tərəflər arasında imzalanan digər müqaviləyə əsasən, DHA və Trend artıq informasiya texnologiyaları (IT) sektorunda da əməkdaşlıq edirlər.

Məlumat üçün bildirək ki, DHAPRESS layihəsinin təqdimatı keçən il Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilib. Layihənin üstünlüklərindən biri odur ki, ilk dəfə olaraq Azərbaycan xəbər lenti Türkiyənin nəhəng media portalında yerləşdirilir. Təqdimat mərasimində Trend BiA və DHA informasiya agentliyinin rəhbər heyəti, rəsmi şəxslər, xarici və yerli media nümayəndələri iştirak edib.

Seçilən
7
3
day.az

4Mənbələr