AZ

Slovakiyanın baş naziri Moskvaya gedəcək

Slovakiya hökumətinin başçısı Robert Fiko Rusiyaya səfər edəcək.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Fikonun sözlərinə görə, o, 2025-ci il mayın 9-da Moskvada qələbənin 80-ci ildönümünün qeyd edilməsində iştirak etmək üçün Rusiya prezidenti Vladimir Putin tərəfindən dəvət alıb.

"Slovakiyanın baş naziri kimi mayın 9-da Moskvada keçiriləcək faşizm üzərində qələbənin rəsmi qeyd edilməsində iştirak etməkdə son dərəcə maraqlıyam. Ona görə də Rusiya prezidenti Vladimir Putinin dəvətini məmnuniyyətlə qəbul etdim", - deyə Fiko qeyd edib.

Gülşən Şərif

Seçilən
10
bakivaxti.az

1Mənbələr