AZ

“OBA Market” 15 min manatadək cərimələndi

“OBA Market” MMC barəsində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub və nəticədə inzibati tənbeh tətbiq edilib.

Kommersant.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə görə, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər 3500-4500 manatadək məbləğdə, hüquqi şəxslər 10-15 min manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərzadənin icraatında olub.

Seçilən
14
kommersant.az

1Mənbələr