AZ

İkardi əməliyyat olunacaq - SƏBƏB

"Qalatasaray" Futbol A Komandasının həkimi Yener İnce argentinalı futbolçu Mauro İkardinin bazar ertəsi Argentinada əməliyyat olunacağını açıqlayıb.   Manset.az bu barədə türk mediasına istinadən xəbər verir. Tottenham qarşılaşmasında sağ diz ön çapraz bağında qopma və menisküs zədələnməsi yaşayan argentinalı futbolçu Mauro Icardinin əməliyyat tarixi və yeri müəyyən edilib. "Qalatasaray" klubu rəsmisi Yener İnce açıqlamasında, İkardinin əvvəlki hazırlıq dövrünün tamamlandığını və əməliyyatın Argentinada olacağına qərar verildiyini bildirib. Əməliyyat bazar ertəsi baş tutacaq. Klub Ikardinin həm sosial, həm də ailəvi səbəblərdən orada olduğunu qeyd edərək, onun rahat müalicə keçirməsi üçün əməliyyatın orada həyata keçirilməsini qərara alıb. Həkim həmçinin Ismail Jakobs və Kaan Ayhanın da müalicələrinin davam etdiyini, Jakobsun qarşıdakı matçda komandada olacağını, Kaan Ayhanın isə müalicəsinin burada davam edəcəyini açıqlayıb.  

 

Seçilən
9
manset.az

1Mənbələr