AZ

İsrail-Livan atəşkəsinə Tramp nail olub?


"Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi səbəbindən hamı dünya münaqişələrini həll etmək üçün danışıqlar masasına toplaşmağa başlayıb".
Bakupost.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidentinin milli təhlükəsizlik üzrə gələcək müşaviri Mayk Uolts “The Wall Street Journal” nəşrinə müsahibəsində bildirib.

"Hamı prezident Trampın sayəsində danışıqlar masasına yığışır. Onun səs-küylü seçki qələbəsi bütün dünyaya açıq bir mesaj verdi ki, artıq heç kim xaosa dözməyəcək", - deyə Uolts vurğulayıb.

Məqalənin müəllifləri qeyd ediblər ki, Respublikaçılar komandasının üzvləri İsrailin Livanla atəşkəs razılaşmasını misal gətirərək “onun gücünün qlobal təsir göstərdiyini” bildiriblər

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu Livanla atəşkəs razılaşmasını təsdiq üçün hərbi-siyasi kabinetə təqdim edəcəyini elan etmişdi. O, həmçinin münaqişənin həllində vasitəçilik etdiyi üçün ABŞ-a təşəkkür edib.

Lalə, Bakupost
Seçilən
13
bakupost.az

1Mənbələr