Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın gələcəkdə Ukraynadakı vəziyyətin siyasi və diplomatik yolla nizamlanması imkanını görmür.
Publika.az xəbər verirr ki, o bu barədə “Rossiyskaya qazeta”ya danışıb.
“Cəbhədə baş verənlərə görə, biz hələ də böhranın siyasi və diplomatik həllindən uzağıq. Vaşinqton və onun peykləri hələ də Rusiyaya strateji məğlubiyyət vermək fikrindədir. Onlar bu illüziyalı məqsədə yaxınlaşmaq üçün çox şey etməyə hazırdırlar”, - deyə Lavrov bildirib.
Nazir deyib ki, bu ölkəmizin dərinliklərində raket zərbələri endirmək cəhdlərinin artması deməkdir. Onun sözlərinə görə, bu qəbuledilməz hərəkətlərə adekvat cavab veriləcəyi ilə bağlı bütün xəbərdarlıqlarımıza məhəl qoyulmadı.