Rəsmi Bakı Polşa prezidenti Ancey Dudanın Ermənistana rəsmi səfəri zamanı Azərbaycanla sərhədə getməsini pisləyib.
"Polşa prezidenti Ancey Dudanın Avropa İttifaqı missiyası (EUMA) üzvlərinin müşayiətilə Ermənistan-Azərbaycan sərhədinə səfəri təəssüf doğurur və bu, Avropa İttifaqı ölkələrin antiazərbaycan siyasətinin növbəti nümayişidir.
Rəsmi olaraq Azərbaycanın "strateji tərəfdaşı" olan ölkənin prezidentinin qəbuledilməz diplomatik "binokl şouda" iştirakına dərindən təəssüflənirik və bu, Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb ola bilər", - Azərbaycan Xarici İşlər Nazirliyinin X platformasındakı hesabında deyilir.
Azərbaycanın rəsmi şəxslərinin Polşa Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə çoxsaylı müraciətlərinə baxmayaraq, Polşa tərəfi bu təxribatyönlü addımdan çəkinməyib, məlumatda qeyd olunur.
Azərbaycan bu qeyri-dost aksiyaya qarşı lazımi diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır, məlumatda deyilir.
To view this video please enable JavaScript, and consider upgrading to a
web browser that
supports HTML5 video