Avropa İttifaqı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) Çinlə bağlı şikayət edib. Səbəb Pekinin Avropadan idxal edilən spirtli içkilərə oktyabrın 11-dən etibarən əlavə vergi tətbiq etməsidir.
Avtosfer.az xəbər verir ki, bu addım Aİ-nin Çindən idxal edilən bəzi elektromobil modellərinə 35+10 faiz rüsum tətbiq edilməsinə cavab olaraq atılıb. Avropa Komissiyası Çinin tətbiq etdiyi gömrük baryeri ilə bağlı ÜTT ilə məsləhətləşmələr aparmaq istəyir.
Maraqlıdır ki, rəsmi Pekin də elektromobillərə tətbiq edilmiş rüsumla bağlı oktyabrın 30-da ÜTT-yə şikayət ünvanlayıb. Çin Ticarət Nazirliyi Avropa şərablarına tətbiq edilmiş rüsumu qanuni hesab edir.
Bu məsələdə bir qəribə məqam da rüsumların azaldılması üçün tərəflərin qeyri-rəsmi danışıqlar aparmasıdır.
Vüqar Yaşaroğlu