“Dell Technologies Inc.” və “HP Inc.” şirkətləri fərdi kompüter bazarında çoxdan gözlənilən canlanmanın dalana dirəndiyini göstərən rüblük maliyyə hesabatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, hər iki şirkətin səhmləri premarket ticarətində aşağıya doğru meyl edir.

Üçüncü maliyyə rübündə “Dell”in fərdi kompüter biznesindən əldə olunan gəlir 1 faiz azalaraq 12,1 milyard dollara düşüb, bu isə təxminlərə uyğun gəlmir. Eyni dövrdə HP-nin fərdi kompüter bölməsində satışlar 2 faiz artaraq 9,59 milyard dollara çatsa da, bu, gözləntilərdən aşağı rəqəmdir.