AZ

ERP üzrə mühəndis - VAKANSİYA

"Azercell Telekom" MMC, ERP üzrə mühəndis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Əsas öhdəliklər:

  • SAP mühasibatlıq modullarının (FI,CO,TRM və s.) tətbiqi və konfiqurasiyasını həyata keçirmək.
  • Maliyyə və mühasibat proseslərinin tələblərini toplayaraq, sistemin bu tələblərə uyğunlaşdırılmasını təmin etmək.
  • Maliyyə hesabatları, mühasibatlıq, tədarükçü və müştəri hesablarının idarə olunmasını təşkil etmək.
  • SAP FI sisteminin performansını analiz etmək və təkmilləşdirilməsi üçün tövsiyələr vermək.
  • Digər SAP modulları və məhsulları ilə inteqrasiyanı təmin etmək və ya mövcud inteqrasiyanı optimallaşdırmaq.
  • SAP FI modulunda istifadəçilərə texniki dəstək göstərmək, onların problemlərini həll etmək.
  • İstifadəçilər üçün təlim proqramları hazırlamaq və keçirmək.
  • Sistem yenilənməsi üçün test plan/test keyslərin yaradılması.
  • Dokumentasiyaların yazılması və bilik paylaşımı, təqdimatların hazırlanması
  • Mövcud sistemlərin analizi və istəklər əsasında hesabatların təqdim edilməsi.

Tələb olunan təcrübə, bilik və bacarıqlar:

  • Kompüter Elmləri, İnformasiya Sistemləri, Biznesin İdarə Edilməsi, Mühasibatlıq və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
  • SAP (FI,CO, TRM, RE ve s.), Oracle, Microsoft Dynamics və s. kimi ERP platformaları ilə iş təcrübəsi.
  • API və veb-servis inteqrasiyası ilə sübut edilmiş təcrübə.
  • Verilənlər bazası və SQL haqqında güclü anlayış.
  • Bulud əsaslı ERP həlləri və inteqrasiya alətləri haqqında biliklər.
  • SAP S4HANA, SAP Fiori və digər müasir SAP alətləri ilə iş təcrübəsi.
  • Middleware və inteqrasiya platformaları ilə təcrübə.
  • Güclü analitik və problem həll etmə bacarığı.
  • Effektiv ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar.Komanda mühitində birgə işləmək və bir çox prioritetləri idarə etmək bacarığı.

Arzu olunan bacarıqlar:

  • ABAP üzrə biliklər əlavə üstünlükdür.
  • Agile metodologiyaları və DevOps təcrübələri ilə tanışlıq.
  • API development üçün istifadə olunan proqramlaşdırma dilləri və framework (məsələn, REST, SOAP, JSON, XML) ilə tanışlıq.

Ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz. 

Zemfira Ms
Fins.az

Seçilən
37
22
fins.az

10Mənbələr