Paytaxtın Yasamal rayonu Mətbuat prospektində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 77-XN-997 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü lüzumsuz yerə səs siqnalından istifadə edib və önündəki maşını çaşdırıb. Bununla kifayətlənməyən “Prius” sürücüsü daha sonra həmin maşının qarşısını keçərək qəfil tormoz verib və bir müddət hərkətini saxlayıb. Sürücü əsəbiləşərək ona niyə belə etdiyini soruşanda isə qayda pozan şəxs maşının şüşəsindən əlini çıxararaq xoşagəlməz ifadələr səsləndirib. Sürücü sol və sağ zolağa keçid etdiyi zaman isə o da eyni qaydada manevr edərək avtomobili sıxışdırıb.
Qeyd edək ki, səs siqnallarından istifadə qaydalarının pozulmasına görə sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən, otuz manat məbləğində cərimələnə bilərlər.
Nərmin