AZ

“Biz Şəmkir futboluna töhfə verməyə, təcrübəmizi bölüşməyə gəlmişik” – Vüqar Nadirov uğursuz debütü haqda

Futbol üzrə ölkə çempionatının 2-ci liqasında 10-cu turun oyunları davam edir.

Dünən “Şəmkir” evdə “Şimal”a 0:1 hesabıyla uduzub. Beləcə Vüqar Nadirovun debüt matçı uğursuz alınıb.
Bəs məğlubiyyətin səbəbi nədi?

Vüqar Nadirov debüt oyunu ilə bağlı “Football-plus.az”a danışdı:

“İlk oyun idi, istəyirdik ki, doğma meydanda azarkeşlərimizi sevindirək. Amma 9 gün ərzində komandada müəyyən işlər gördük. Hər şey zamanla düzələcək. Biz Şəmkir futboluna töhfə verməyə, təcrübəmizi bölüşməyə gəlmişik. Arxamızdadılar, azarkeş dəstəyini hiss edirik. Amma komandadakı çatışmazlıqları 9 günə aradan qaldırmaq mümkün deyil. Komandanın fiziki hazırlığı təxminən 60 faizdi. Buna baxmayaraq dünən rəqiblə başabaş, hətta ilk hissədə daha üstün futbol oynadıq. Zamanla hər şey yerini tapacaq. “Şəmkir” 2-ci liqanın ən iddialı komandalarından biri olacaq”.


RÖYANƏ OĞUZ
Seçilən
84
football-plus.az

1Mənbələr