Bakı. Trend:
Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinintəşkilatçılığı ilə 26 noyabr 2024-cü il tarixində UNESCO-nun mənzilqərargahında azərbaycanlı rəssamların sənət əsərlərinin nümayişetdirildiyi “Dayanıqlı Baxış: Daha Yaşıl Gələcək üçünİncəsənət” adlı sərginin açılışı keçirilib.
Trend xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı iləelan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkilolunmuş tədbirdə Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun,həmçinin Xanlar Əsədullayevin, Aqşin Kazımovun, Nihad Ağazadənin,Çinarə Baxşıyev-Qafarovanın, Mahir Qafarovun, Aynur Məmmədovanın vəo cümlədən gənc rəssamlar Nazilə Fərzullayevanın, Məryəm Abdullanınvə Nərmin Nəsibovanın əsərləri nümayiş etdirilir.
UNESCO Baş Konfransının sədri Simona-Mirela Mikulesku, UNESCObaş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone, Afrikaprioriteti və xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko,təbiət elmləri üzrə müavini Lidia Brito, habelə UNESCO yanındaakkreditə olunmuş ölkələrin daimi nümayəndələri/səfirləri,diplomatik korpusun üzvləri və yerli ictimaiyyət nümayəndələrisərginin açılış mərasimində iştirak ediblər.
Tədbirdə çıxış edərək Azərbaycanın UNESCO yanında daiminümayəndəsi səfir Elman Abdullayev sərginin iqlim dəyişikliyinəqarşı mübarizədə Azərbaycanın sarsılmaz öhdəliyinin bir təcəssümüolduğunu bildirib. Səfir qeyd edib ki, Azərbaycanın uğurla evsahibliyi etdiyi COP29 və burada əldə olunmuş razılaşma beynəlxalqiqlim diplomatiyasında dönüş nöqtəsidir. Prezident İlham Əliyevinliderliyi altında ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizədəbeynəlxalq həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfələrverdiyini qeyd edən E.Abdullayev, “Yaşıl dünya naminə həmrəylik”şüarını rəhbər tutan Azərbaycanın iqlim danışıqlarında tarixinəticələr əldə etdiyini diqqətə çatdırıb.
Öz növbəsində, tədbirdə çıxış edən UNESCO-nun rəhbər şəxsləri –Baş Konfransın sədri S.Mikulesku, baş direktorunun mədəniyyət üzrəmüavini E.Ottone və təbiət elmləri üzrə müavini L.Britomədəniyyətin dayanıqlı inkişafda oynadığı mühüm rolu, habeləUNESCO-nun qlobal problemlərin həlli üçün mədəniyyət vəyaradıcılıqdan dinamik qüvvə kimi istifadə etmək baxışını xüsusivurğulayıblar. Natiqlər həmçinin COP29-a uğurla ev sahibliyietdiyinə görə ölkəmizi təbrik edib, bu uğurun Azərbaycanın iqlimməsələlərinə verdiyi əhəmiyyətin təzahürü olduğunu qeydediblər.
Sərgidə nümayiş etdirilən əsərlər Azərbaycanın zəngin mədəniirsini və bənzərsiz təbiət gözəlliklərini əks etdirir. Xəzərdənizinin rəngarəng mənzərələrindən Qafqaz dağlarının əzəmətinəqədər müxtəlif motivləri canlandıran əsərlər yalnız təbiəttəsvirlərini təqdim etməklə kifayətlənmir, eyni zamanda təbiətinqorunması üçün çağırış edir. Bu baxımdan, tədbir incəsənətintəbliği ilə yanaşı, dayanıqlı gələcək naminə qlobal həmrəyliyinvurğulanması nöqteyi-nəzərdən əhəmiyyət daşıyır.
Açılış mərasimdən sonra qonaqlar sərgini ziyarət edərək,əsərlərlə yaxından tanış olublar.
“Dayanıqlı Baxış: Daha Yaşıl Gələcək üçünİncəsənət” sərgisi UNESCO-nun mənzil-qərargahında 3 gündavam edəcək.