Livan Ordusu BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) ilə koordinasiyalı şəkildə Litani çayının cənubunda yerləşməyə başlayıb.
APA Livan mediasına istinadən xəbər verir ki, bu addım Livanın BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini və əlaqədar öhdəliklərini, xüsusən də Litani çayının cənubundakı ərazidə ordu və təhlükəsizlik qüvvələrinin mövcudluğunun gücləndirilməsi ilə bağlı öhdəliklərini tam yerinə yetirmək öhdəliyinə uyğun gəlir.
Hərbi birliklər hazırda müxtəlif bölgələrdən əraziyə köçürülür.
Qeyd edək ki, İsraillə Livan arasında atəşkəs razılaşması bu gün yerli vaxtla 04:00-da qüvvəyə minib.