Çində müdafiə naziri korrupsiyada şübhəli bilinir. Ən azı iki yüksək çinli məmur da istintaq altındadır.
SİA-nın məlumatına görə, bu barədə Financial Times xəbər verir.ABŞ-ın hazırkı və keçmiş rəsmilərinə görə, Çin Xalq Azadlıq Ordusunda yüksək rütbəli hərbi komandirlərlə bağlı araşdırmalar dalğası davam edir.
Çinin hazırkı müdafiə naziri Donq Jun korrupsiyada şübhəli bilinir.
Qeyd edək ki, o, 2023-cü ilin dekabrında müdafiə departamentinin rəhbəri təyin edilib və iki il ərzində istintaqa cəlb olunan üçüncü müdafiə naziri olub.
Onun sələfi general Li Şanfu cəmi yeddi ay işlədikdən sonra vəzifəsindən uzaqlaşdırılıb.
Bundan əvvəl keçmiş nazir general Vey Fenqe korrupsiyaya görə saxlanılıb və 2023-cü ilin martında istefa verib.
Nazirdən başqa, raket qüvvələrinə və nüvə silahı proqramına rəhbərlik edən ən azı iki yüksək çinli məmura qarşı istintaq başladılıb. Çin yüksək səviyyəli hərbçilərlə bağlı istintaqı şərh etməkdən imtina edir.
Əli Babayev