Ermənistan qonşuları ilə münasibətlərin tənzimlənməsi prosesinə müsbət yanaşır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
Onun sözlərinə görə, bir sıra çətinliklərə baxmayaraq, bölgədə sülh və sabitliyin bərqərar olması mümkündür.
“Ermənistan qonşuları ilə münasibətlərin tənzimlənməsi prosesinə müsbət yanaşır, bu yöndə müsbət irəliləyişlər gözləyir”, - Kostanyan qeyd edib.