AZ

Zaxarova: Ermənistanla KTMT çərçivəsində tərəfdaşlığımızın tam bərpa olunacağına ümid edirik

Rusiya Ermənistanla KTMT çərçivəsində tərəfdaşlığın tam bərpa olunacağına ümid edir.

APA-nın Moskva müxbiri xəbər verir ki,bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan hələ də “de-yure” KTMT-nin tamhüquqlu üzvüdür. Rusiya XİN sözçüsünün fikrincə, bu, Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi üçün alternativ olmayan mexanizmidir:

“Ermənistan bütün müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. Biz ümid edirik ki, dost ölkənin, hətta bütün regionun gələcək təhlükəsizliyinin maraqları naminə Ermənistanla KTMT çərçivəsində tərəfdaşlığımız tam bərpa olunacaq”.

Zaxarova qeyd edib ki, hazırkı mərhələdə Ermənistanın KTMT ilə tammiqyaslı əməkdaşlığa qayıtması üçün qapılar açıqdır:

“Gözləyirik ki, erməni tərəfdaşlarımız şübhələri aradan qaldıraraq, maraqlı birgə işi bərpa edəcəklər”.

Seçilən
17
apa.az

1Mənbələr