AZ

“Çox məyusam, əsəbiyəm və narahatam” - Komandası böyük hesabla uduzdu, özündən çıxdı

Hazırda “Plimut Arqayl”ın baş məşqçisi olan Ueyn Runi, Çempionşipin 17-ci turunda “Norviç”ə 1:6 hesabı ilə məğlub olduqları oyundan sonra futbolçularını sərt tənqid edib.

Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, Runi əsəbi və narahat olduğunu deyib:

“Bu oyunda yaxşı olmaqdan çox uzaq idik. Bəli, zədələrdən əziyyət çəkirik, amma bu, bəhanə deyil.

Futbolçular heyətə düşmək və orada yerini qorumaq istəyirlərsə, daha çox çalışmalıdırlar.

Mən meydana 18 yaşlılardan ibarət komandanı çıxarsaydım belə, 6 qol buraxmazdıq. Ona görə də çox məyusam, əsəbiyəm və narahatam.

Gələcək bir-iki gün oyunçular üçün çox xoş keçməyəcək. Niyə belə olduğunu anlamaq üçün vəziyyəti dərindən araşdırmalıyıq”.

Hazırda “Plimut” 17 oyunda 17 xal toplayaraq, İngiltərənin ikinci divizionunda 20-ci yerdə qərarlaşıb.

Seçilən
16
sportinfo.az

1Mənbələr