Ermənistan Qafanda Rusiya Baş konsulluğunun açılmasına prinsipial olaraq razılıq verib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya Federasiyasının Qafan şəhərində Baş Konsulluğunun açılışının vaxtı ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistan Xarici İşlər Nazirliyindən Sünik vilayətindəki konsulunun tanınmasını xahiş edib: "Biz buna müvafiq olaraq cavab gözləyirik. Biz dəfələrlə bu məsələni şərh etmişik. Təəssüflər olsun ki, vəziyyət dəyişməyib. Ermənistan tərəfinin cavabı gecikdirməsinin səbəbi ilə bağlı sual Moskvaya ünvanlanmamalıdır".