AZ

Rusiyada yaşayan azərbaycanlıdan nümunəvi addım: Yanan təyyarədən sərnişinləri xilas edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Krasnodar diyarında yaşayan soydaşımız Sultan Sultanov Türkiyənin Antalya şəhərində yanan Rusiya təyyarəsinin sərnişinlərini xilas edib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Dövlət Dumasının Nəzarət Komitəsi sədrinin birinci müavini Dmitri Qusev paylaşıb.
Belə ki, "Azimut" aviaşirkətinə məxsus sərnişin təyyarəsi noyabrın 24-də Türkiyənin Antalya şəhərinə eniş edərkən alovlanıb. Krasnodar sakini olan həmyerlimiz Sultan Sultanov sərnişinləri xilas etməyə kömək edib. O, eyni reyslə uçurmuş və yanğın başlayandan sonra gənc stüardessanın təşviş içində olduğunu, təcili çıxışı aça bilmədiyini görüb. S.Sultanov qapını açmağa kömək edib və ekipaj üzvləri ilə birlikdə uşaqları və böyükləri yanan təyyarədən çıxarıb.
"Əsl cəsarət nümunəsidir və adi bir insanın necə qəhrəman ola biləcəyi və öz həyatını riskə ataraq başqalarının həyatını xilas edə biləcəyini nümayiş etdirdi. Sultanın nəcib hərəkətinə qiymət vermək təklifi ilə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevə müraciət etdik. Dövlət Duması adından ona cəsarətli hərəkətinə görə hörmət və minnətdarlıq əlaməti olaraq təşəkkür məktubu göndərəcəyik" - deyə Rusiyalı deputat Dmitri Qusev vurğulayıb.
Seçilən
11
oxu.az

1Mənbələr