Bakı. Trend:
Füzuli rayonunun beş kəndinin xarici elekrik təchizatı ilə təminolunması işlərinə başlanılır.
Trend-indövlət satınalmalarının vahid internet portalına istinadənməlumatına görə, bununla bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətihazırlıqlara başlayıb.
Məlumata görə, rayonun Dövlətyarlı (ağıllı kənd) (Zərgər,Qıyıqçı, Qızıl Qışlaq və Qaraməmmədli kəndi ilə birlikdə) kəndininxarici elekrik təchizatının təmin olunması məqsədilə 35 kV-luqelektrik veriliş xəttinin çəkilməsi işləri həyata keçiriləcək.
Qurum sözügedən işlərin icrasını “Harmony İndustrialConstruction and Engineering Group” Məhdud Məsuliyyətli Cəmiyyətinəhəvalə edib və onunla dəyəri 3.918.843,77 AZN (3 milyon 918 min 843manat 77 qəpik) olan müqavilə bağlayıb.