AZ

Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub

İspaniyanın \"Barselona\" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub.

36 yaşlı hücumçu buna Liqa mərhələsinin V turunda Fransa təmsilçisi \"Brest\"lə matçda dubl etməklə nail olub.

Beləliklə, polşalı forvard qitənin bir nömrəli klub turnirində 101-ci dəfə fərqlənib.

Əvvəllər yalnız Kriştianu Ronaldu (140) və Lionel Messi (129) 100 qol səddini keçib.

Qeyd edək ki, \"Barselona\" rəqibini 3:0 hesabı ilə üstələyib.
 
///Report
Seçilən
7
4
azxeber.com

5Mənbələr