AZ

Ermənilər indi də “Yar gəldi”ni oğurladı

Məşhur Azərbaycan müğənnisi, Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi, musiqisi Adil Gəraya, sözləri Əli Kərimə məxsus olan “Yar gəldi, yar” mahnısının Yutub səhifəsində erməni musiqi nümunəsi kimi yerləşdirilməsi faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.

Agentlikdən Kult.az-a verilən xəbərə görə, Ş.Ələkbərovanın ifa etdiyi “Yar gəldi, yar” mahnısı “Armenian Music, (Torkish languge) Music 15. (rare) Music 17. Şövkət Ələkbərova (rare)” “rekviziti” altında 2016-cı il 4 sentyabr tarixində Yutubun “BehrooZ Abshar” adlandırılan səhifəsində yerləşdirilib.

Bildirilib ki, “Yar gəldi, yar” mahnısı 1957-ci il 16 aprel tarixində Azərbaycanın Xalq artisti Səid Rüstəmovun dirijorluğu və Xalq çalğı alətləri ansamblı orkestrinin müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınıb.

“Səslənmə müddəti (xronometraj) 4.33 saniyədir. 13313 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fond”unda saxlanılır. Ş.Ələkbərovanın Yutubda əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir. Buna görə də “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan qeyd edilən video Yutubun “BehrooZ Abshar” səhifəsindən silinib.

Bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması Yutub rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib”, - məlumatda qeyd olunub.

Seçilən
1
43
sitat.info

10Mənbələr