"Moskva Qafandakı baş konsulun ekzekvaturası ilə bağlı İrəvandan cavab gözləyir. bu prosedur diplomatik qurumun açılması üçün lazımdır".
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.
"Ermənistan tərəfi əvvəllər Rusiya Baş Konsulluğunun açılmasına prinsipial razılıq verib, daha sonra Rusiya tərəfi baş konsul üçün ekzekvatur (baş konsulun ev sahibi tərəfindən tanınması) istəyib. Moskva indi cavab gözləyir", - deyə Zaxarova qeyd edib.
Ermənistan tərəfinin hələ də müvafiq materialları niyə göndərməməsinə gəlincə, Zaxarova sualı İrəvana ünvanlamağa çağırıb.
Rusiyanın Zəngəzurda baş konsulluğunun açılması məsələsi son iki ildə nəzərdən keçirilir. 2023-cü ilin sentyabrından Rusiya diplomatik missiyasının açılmasına cavabdeh olan qabaqcıl qrup Qafanda yerləşdirilib.