AZ

Dövlət proqramı bitdi, amma hələ də tətbiq olunmayıb

2018-ci ildə Azərbaycan Respublikasında Yol Hərəkəti Təhlükəsizliyinə dair 2019-2023 illər üçün Dövlət Proqramı təsdiq edilib. Proqramda yol hərəkətinin təhlükəsizliyini təmin edəcək bir sıra məqamlar nəzərdə tutulub. Həmin dövlət proqramlarında avtomobillərin özəl servislərdə də texniki baxışdan keçirilməsi nəzərdə tutulub. Artıq 2024-cü ildir dövlət proqramının müddəti bitib, amma bu müddəa hələ də yerini tapmayıb.

Məsələ ilə bağlı Milli.Az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, avtomobillərin özəl servislərdə baxışdan keçirilməsi bir çox ölkələrdə çoxdan tətbiq olunur. Bu qaydanın ölkəmizdə tətbiq olunmasının qarşısını alan bir sıra səbəblər var.

Ekspert bildirib ki, ilk olaraq qanunvericilikdə dəyişiklik edilməsi lazımdır. 

"Bu işi görən servis mərkəzləri sertifikatlaşdırılmalıdır. Onlara xüsusi lisenziya verilməli və rüsumlar təyin edilməlidir. Bu sistemin tətbiq olunduğu halda xidmət üçün rüsumlar müəyyən olunmalıdır".

Bəs servis mərkəzləri bu xidməti göstərməyə hazırdırmı?

Servislərdən bildirilib ki, onlara dövlət dəstəyi lazımdır. Texniki baxışı həyata keçirmək üçün servisin maddi-texniki bazası olmalıdır. Diaqnostik aparatların qiymətləri bahadır, buna görə də servisə dövlət dəstəyi lazımdır ki, bu xidməti göstərə bilsinlər.

Aysel Əkbər
Milli.Az

Seçilən
11
50
milli.az

10Mənbələr