“Atalanta”nın futbolçusu Şarl de Ketelar Çempionlar Liqasının tarixinə düşüb.
İdman.biz xəbər verir ki, o, “Yanq Boyz”la 5 qolun vurulmasında iştirak edib.
Belçikalı yarımmüdafiəçi komandasının səfərdə qarşılaşmasında (6:1) 2 qol vurub, 3 ötürmə edib. Ketelar bu uğura nail olan 8-ci futbolçu olub.
ÇL-də qolun vurulmasında iştirak edən futbolçular:
Yossi Benayun (“Liverpul”) - 3 qol+2 ötürmə, “Beşiktaş”, 2007
Lionle Messi (“Barselona”) - 5 qol, “Liverpul”, 2012
Adriano (“Şaxtyor”) - 5 qol, BATE, 2014
Kriştiano Ronaldu (“Real”) - 4 qol+1 ötürmə, “Malmö”, 2015
Neymar (“Barselona”) - 1 qol+4 ötürmə, “Seltik”, 2016
Serj Gnabri (“Bavariya”) - 3 qol+2 ötürmə, “Tottenhem”, 2019
Erlinq Haland (“Mançester Siti”) - 5 qol “Leypsiq”, 2023
İdman.biz