AZ

Zaxarova: “Ermənistanla KTMT çərçivəsində əməkdaşlığın bərpasına ümid edirik”

“Moskva İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT)
işində tam iştiraka qayıtmasını gözləyir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə deyib.

Zaxarova bildirib ki, Ermənistan Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinin alternativsiz mexanizmi olan KTMT-nin de-yure tamhüquqlu üzvüdür:
 

“Ermənistan bütün müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. Ümid edirik ki, bizə dost olan ölkənin və bütövlükdə regionun gələcək təhlükəsizliyi naminə KTMT çərçivəsində Ermənistanla tərəfdaşlığımız tam bərpa olunacaq".


Qeyd edək ki, daha əvvəl Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, ölkəsi noyabrın 28-də Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək.

Bizim.Media

Seçilən
15
bizim.media

1Mənbələr