AZ

37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib - RƏSMİ

Bakı. Trend:

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsizyaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 26noyabr tarixində Azərbaycan Respublikası vətəndaşı olan 37 nəfərAlmaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə Trend-ə DövlətMiqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanındaOperativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyatakeçirilib.

Qeyd edilib ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindənəlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunanAzərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik vəproblemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlısosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətindəmüvafiq tədbirlər həyata keçirir.

Məqalədə:
Seçilən
19
44
az.trend.az

10Mənbələr