Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov bildirib ki, Ukrayna ordusunun Rusiya ərazisinə uzun mənzilli ATACMS raketləri ilə endirdiyi zərbələrə görə Rusiya hələ də təşkilatdan kömək istəməyib.
Onun sözlərinə görə, raket atışları mövzusu KTMT-nin qarşıdakı iclasının gündəliyinə daxil edilməyib. Bununla belə, iştirakçı dövlətlərin başçıları təşkilatın məsuliyyət zonasında və onun Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edən sərhədlərindəki ümumi vəziyyəti müzakirə edəcəklər. “Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində yardımın, o cümlədən hərbi yardımın göstərilməsi iştirakçı dövlətin özünün müraciəti əsasında həyata keçirilir.
Bildiyiniz kimi, müqavilənin bu müddəası artıq praktikada tətbiq edilib. Hazırda Rusiyadan belə bir müraciət daxil olmayıb”, – deyə Tasmaqambetov bildirib.
//Samir Qurbanov, Editor.az