Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda səfərdə "Bayern Münhen"ə 0:1 hesabı ilə uduzan PSJ turnirin 1/8 finalına birbaşa yüksəlmək şansını itirib.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, parislilərin yekunda 9-24-cü yerlərdən birini tutaraq pley-offa çıxmaq ehtimalı 55 faizdir.
Xatırladaq ki, hazırda 4 xalı olan PSJ ÇL-in turnir cədvəlində 26-cı yerdə qərarlaşıb. Fransa nəhəngi 8-ci yerdən 7 xal geri qalır. Paytaxt təmsilçisi növbəti oyunlarını səfərdə "Zaltsburq"a, evdə "Mançester Siti"yə və daha sonra qonaq qismində "Ştutqart"a qarşı keçirəcək.
Nihat