AZ

"Yüksək pensiya üçün bu amil nəzərə alınmalıdır" - Deputat

"Ümumiyyətlə, bu məsələdə yanaşmamız ondan ibarətdir ki, yalnız kəmiyyət deyil, eyni zamanda keyfiyyət göstəricilərindən istifadə olunsun. Çünkü kəmiyyət  göstəricilərindən istifadə olunanda praktik olaraq ümumi pensiya kapitalı 144-ə, yəni 12 il 12 aya bölünür. Bu da nəticə etibarı ilə standart olaraq pensiya kapitalı ilə pensiya məbləği arasında əlaqə yaradır. Az pensiya alan vətəndaşlarımızın pensiya məbləğinin artması onların daha yüksək məbləğlə pensiyaya çıxması üçün məqsədəuyğun olardı ki, məhz kəmiyyət göstəriciləri ilə yanaşı keyfiyyət göstəricilərindən də istifadə olunsun".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov pensiya məbləğinin hesablanarkən ailədə uşaqların sayı kimi indikatorlardan istifadə olunması ilə bağlı təklifini şərh edərkən deyib. 



Deputat təklif edir ki, ailədəki uşaqların sayı keyfiyyət göstəricisi olsun:

"Bundan əlavə tək analar, hansı ki, onların başqa dəstəyi yoxdur, pensiyası artmalıdır. Onların da bir keyfiyyət göstəricisi olaraq nəzərə alınması və pensiya məbləği hesablanan zaman bir əmsal olaraq pensiya məbləğinə vurulması məqsədəuyğun olardı. Nəticədə keyfiyyət göstəricisi əsasında xüsusən də həssas və təminata ehtiyacı olan vətəndaşlarımız daha yüksək məbləğdə pensiya hüququ qazana biləcəklər”. 

Bahar Rüstəmli

Seçilən
10
qaynarinfo.az

1Mənbələr