AZ

"Ən azından 10 xəstəliyim var"

Aparıcı Elgiz Əkbər səhhətindəki problemlərdən danışıb. 

Ölkə.Az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda proqramında danışan Elgiz bu günlərdə çəkilişdən sonra ürəyinin getdiyini bildirib. O qeyd edib ki, verilişdən sonra ürəyi gedib və yıxılıb:

"Ən azından 10 xəstəliyim var: təzyiqim var, başım gicəllənir, hava soyuq olanda qolum ağrıyır. Ölürəm, sürünə-sürünə gəlirəm. Hərdən verilişlədən çıxanda ürəyim gedir, yıxılıram. Bu yaxınlarda da oldu, verilişdən sonra yıxıldım. Təzyiqim də qalxırsa, cəhənnəmə qalxsın".

Seçilən
29
olke.az

1Mənbələr