AZ

Nazirdən 1500 məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

Bakı. Trend:

1500 məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər həqiqətiəks etdirmir.

Trend xəbər verir ki, bubarədə elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabındaqeyd edib.

Nazir bildirib ki, zon günlərdə mən və ya Elm və TəhsilNazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı bir fikirsəsləndirilməyib.

“Bu xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmişfikirlərin düzgün anlaşılmamasıdır. Səsləndirilən fikirlər isəaşağıdakılardır:

1. Ölkədə fəaliyyət göstərən təxminən 4400 məktəbin 1500-də100-dən az şagird təhsil alır.

2. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənənvəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır.Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsilmüəssisələrinin təhsil haqqından da çoxdur (məsələn, 5 nəfərşagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 minmanatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 minmanatdır).

3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılmasıməqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılmasıhəyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.

Bu üç fikri ümumiləşdirərək “Ölkədə 1500 məktəb bağlanacaq”nəticəsinə gəlmək düzgün deyildir. Onu da qeyd edim ki, cari tədrisilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb üzrəxərclər əsaslı şəkildə rasionallaşdırılıb. Rasionallaşdırılmadedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdətutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və yabirləşdirilməsi, peşə təmayüllü siniflərin açılması dadaxildir.

Məktəb şəbəkəsinin rasionallaşdırılması Elm və Təhsil Nazirliyitərəfindən daim diqqətdə saxlanılan məsələ olsa da, yaxın gələcəkdəkütləvi sayda məktəblərin bağlanılması və ya fəaliyyətlərinindayandırılması planlaşdırılmır”,- deyə E.Əmrullayev əlavə edib.

Seçilən
51
33
az.trend.az

10Mənbələr