AZ

“Qarabağ” sabah mütləq qələbə qazanmaq istəyəcək” - "Lion"un futbolçusu

style='margin-bottom:10px;'>

“Avrokuboklarda iştirak və orada uğurlu nəticə göstərmək bizim üçün çox vacibdir. İki matçda xal itirsək də,  Avroliqada ümumi nəticələrimiz yaxşıdır. Sabahkı matç üçün hədəfimiz bəllidir: qalib gəlmək və növbəti oyunlara rahat hazırlaşmaq”.

QOL.az xəbər verir ki, bu sözləri Fransanın “Lion” komandasının futbolçusu Jordan Veretu (Jordan Veretout) UEFA Avropa Liqasının 5-ci turunda Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı təşkil olunan mətbuat konfransında bildirib.

“Qarabağ” barədə danışan 31 yaşlı yarımmüdafiəçi rəqiblərinin matçlarının videoyazısını izlədiklərini söyləyib. Onun sözlərinə görə, “Qarabağ" hücum keyfiyyəti olan yaxşı komandadır və onları qiymətləndirməmək olmaz:

“Qarabağ”a qələbə lazımdır ki, pley-off şanslarını saxlasınlar. Biz isə yığdığımız tempi saxlayaraq növbəti mərhələyə vəsiqəni tez qazanmaq istəyirik. Biz həmçinin bir vaxtlar “Lion"da oynamış Yassın Benzianı tanıyırıq. O, “Qarabağ”ın heyətində çıxış edir. Çox təcrübəli və təhlükəli futbolçudur. Ona qarşı diqqətli olmalıyıq”.

Jordan Veretu bildirib ki, Avroliqanın yeni formatına əsasən, Liqa mərhələsində bir rəqibə qarşı bir oyun keçirirsən: “Bu isə “Qarabağ” kimi komandaların üzərində təzyiqi daha da artırır. Onlar sabah mütləq qələbə qazanmaq istəyəcək. Bu, çox çətin oyun olacaq. Xüsusən unutmamalıyıq ki, rəqib öz azarkeşlərinin dəstəyi altında çıxış edəcək. Amma biz bura qələbə üçün gəlmişik. Biz qələbələrə qayıtmaq və bu mini-çempionatda irəliləmək istəyirik”.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.

Seçilən
33
teleqraf.com

1Mənbələr