AZ

“Yeni bir təxribat yalnız ağıldankəmlik nümunəsi olar”

“Ermənistanın Azərbaycana qarşı yeni bir təxribatı yalnız ağıldankəmlik nümunəsi ola bilər”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, illərdir ki, sürətlə silahlanma siyasətini davam etdirən Ermənistan, bununla öz fəlakətinə daha da yaxınlaşmaqdadır:

 

“Vətən müharibəsindən sonra Ermənistanın sürətli silahlanma prosesinə start verdiyi göz önündədir. Fransa və Hindistanın ardınca İrəvanın Yunanıstandan raket sistemləri almaq cəhdi, bu siyasətin günümüzdə də davam ediyini göstərir. Ancaq İrəvan bilməlidir ki, silahlanma ilə bağlı atdığı hər bir addım onu fəlakətə daha da yaxınlaşdırır. Əgər Ermənistan revanşist qüvvələrin, bəzi beynəlxalq güclərin təxribatlarına uyaraq Azərbaycana qarşı hansısa yeni təxribata yol versə, o zaman bunun acı, dağıdıcı nəticələri ilə qarşılaşmalı olacaq. Və o zaman Ermənistana nə aldığı silahlar, nə də onu təxribata təhrik edən güclər kömək etməyəcək”.

 

Seymur ƏLİYEV

Seçilən
27
moderator.az

1Mənbələr