AZ

Laçında məktəblilərə maliyyə savadlılığı və sahibkarlıq bacarıqları təlimləri keçirilib - FOTOLAR

“Azərbaycan Gənclərinin Nailiyyəti” İctimai Birliyi “Azad olunmuş ərazilərdə maliyyə savadlılığının artırılması” layihəsinin icrasını davam etdirir.

QHT.az xəbər verir ki, İctimai Birliyin icraçı direktoru Vüsalə Kərimova bildirib ki, layihənin məqsədi işğaldan azad edilən rayonlarda şagirdlərin maliyyə savadlılığınını və sahibkarlıq bacarıqlarını inkişaf etdirməkdir.

Layihə çərçivəsində 2024-cü il noyabrın 25-26-da Zabux kənd tam orta məktəbinin şagirdlərinə iki günlük təlimlər keçirilib. Təlimdə V-XI sinif şagirdləri iştirak edib. Şagirdlərə “Pul və onun yaranma tarixi”, “Büdcə planlaşdırılması və idarəolunması”, “İnflyasiya və investisiya”, “Sığorta və onun növləri” və digər mövzularda nəzəri biliklər verilib, praktiki oyunlar keçirilib.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Seçilən
11
qht.az

1Mənbələr