AZ

Tramp münaqişələrə son qoymaq üçün aktiv fəaliyyətə başlayır...

Image

Hələ vəzifəsinin icrasına başlamamış ABŞ-ın yeni prezidenti Donald Tramp aktiv diplomatiyaya start verib. Əsas məqsədlərdən biri dünyada gedən savaşları dayandırmaqdır. Artıq andiçmə mərasimindən öncə Donald Trampın komandası onun Şimali Koreya lideri Kim Çen İnlə birbaşa danışıqlar aparmaq imkanını nəzərdən keçirir. 

Bildirilir ki, Şimali Koreya lideri Kim Çen İnlə birbaşa danışıqlar “yeni diplomatik təkan” adlandırılan addımın bir hissəsi kimi müzakirə olunur. Müzakirələr zamanı Yapon dənizi regionunda mümkün silahlı münaqişə risklərinin azaldılması üçün birgə diplomatik dialoqun başladılması planlaşdırılır.

Rusiya və Ukrayna arasında savaşın dayandırlması üçün də Tramp aktiv fəaliyyt göstərir. Ümumiyyətlə, Donald Trampın Ağ Evə qayıdışı ABŞ-ın xarici siyasətini yenidən formalaşdırmağı, dünyada müharibə kimi çoxsaylı cəbhələrdə potensial radikal dəyişikliklər vəd edir. Seçki kampaniyası zamanı Tramp “Birinci Amerikadır” prinsiplərinə əsaslanan, çox vaxt konkret təfərrüatları olmayan geniş siyasət vədləri verib. Onun qələbəsi paralel böhranların mövcud olduğu uzun illər ərzində Vaşinqtonun xarici siyasətə yanaşmasındakı potensial çatışmazlıqlara işarə edir. Kampaniyası müddətində Trump dəfələrlə deyib ki, Rusiya və Ukrayna arasındakı müharibəni bir günə dayandıra bilər. May ayında Trampın iki keçmiş milli təhlükəsizlik rəisinin yazdığı məqalədə deyilirdi ki, ABŞ Ukraynaya silah tədarükünü davam etdirməli, lakin şərt qoymalıdır ki, Kiyev Rusiya ilə sülh danışıqlarına başlamalıdır. Qərb Rusiyanı şirnikləndirmək üçün Ukraynanın NATO-ya daxil olmasını gecikdirəcəyini vəd edə bilər. Keçmiş müşavirlər bildiriblər ki, Ukrayna hazırkı cəbhə xəttinə əsaslanaraq danışıqlar aparmalıdır. Tramp Rusiyanın Ukraynaya qarşı təxminən üç ildir davam edən müharibəsində müxtəlif silah növlərinin istifadəsinin genişlənməsindən inanılmaz dərəcədə narahatdır. Hazırda Florida konqresmeni olan Maykl Voltz “Fox News Sunday”a bildirib ki, səlahiyyət müddəti başa çatan prezident Co Baydenin administrasiyasının Ukraynaya Rusiyanın döyüş meydanında quru qoşunlarının irəliləyişlərini dayandırmaq üçün piyada əleyhinə minalardan istifadə etməyə icazə vermək qərarı Ukraynanın şərqində döyüşü dəyişərək Ukrayna “Birinci Dünya Müharibəsi xəndək müharibəsi”nə bənzər bir şeyə çevrilib. Voltz deyib ki, verilən qərar bu münaqişəyə son qoymaq üçün daha geniş çərçivədə olmalıdır: “Bu, sadəcə olaraq, o cəbhədəki insanların və personalın qırğınıdır”.   Donald Trump tez-tez deyir ki, onun prioriteti müharibəyə son qoymaq və ABŞ resurslarının boşaldılmasının qarşısını almaqdır. Onun “Birinci Amerikadır” yanaşması İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqına qarşı yaradılmış transatlantik – “hamı biri, biri hamı üçün” olan NATO-nin gələcəyi ilə bağlı strateji məsələni əhatə edir. Hazırda 30-dan çox ölkə bu hərbi ittifaqda birləşir. Tramp uzun müddətdir ki, alyansa skeptik yanaşır, Avropanı Amerikanın müdafiə vədindən yayınmaqda günahlandırır. Onun ABŞ-ı NATO-dan çıxarıb-çıxarmayacağı hələ də müzakirə mövzusu olaraq qalır. Ukraynadakı kimi, Tramp Qəzzada İsrail-Həmas, Livanda İsrail-Hizbullah müharibələrini sona çatdıracağını nəzərdə tutaraq vəd verib ki, Yaxın Şərqə də sülh. gətirəcək. O, dəfələrlə bildirib ki, hakimiyyətdə Bayden yox, o olsaydı, HƏMAS qrupu maliyyə dəstəyi aldığı İrana qarşı onun maksimum təzyiq siyasətinə görə İsrailə hücum etməzdi. Görünür, Tramp əvvəlki prezidentliyi müddətində ABŞ-ı İranla nüvə sazişindən çıxardığı, İrana qarşı daha böyük sanksiyalar tətbiq etdiyi və onun ən güclü hərbi komandiri, general Qasım Süleymanini öldürməsini izləyən siyasətini yenidən tətbiq etmək istəyəcək. Tramp İsrail və bəzi müsəlman ölkələri arasında diplomatik əlaqələri normallaşdırmaq üçün vasitəçilik edib.

“İbrahim razılığı” adlanan bu danışıqlar zamanı İsrailin qarşısında Fələstinin müstəqilliyini tanıması, münaqişənin “iki dövlət həll yolunu” qəbul etməsi şərti qoyulmadı. Tramp seçki kampaniyası zamanı bir neçə bəyanat verərək Qəzza müharibəsinin bitməsini istədiyini bildirib. Trampın Netanyahu ilə mürəkkəb, bəzən qeyri-funksional münasibəti olub, lakin şübhəsiz ki, ona təzyiq göstərmək qabiliyyətinə malikdir. Onun HƏMAS-la əlaqəsi olan aparıcı ərəb ölkələrinin liderləri ilə də güclü əlaqələri var. Məlum deyil ki, Tramp İsrail rəhbərliyinə güclü dəstək verməklə yanaşı, Qəzzada müharibəni necə başa çatdırmağı nəzərdə tutur. Trampın müttəfiqləri tez-tez onun gözlənilməzliyini diplomatik üstünlük kimi təqdim ediblər, lakin artıq tarixi bir böhranın ortasında olan, son dərəcə çəkişməli və qeyri-sabit Yaxın Şərqdə onun müharibələri necə dayandıracağı aydın deyil. Tramp HƏMAS-ın götürdüyü girovların azad edilməsi müqabilində Qəzzada atəşkəs əldə etmək üçün Bayden administrasiyasının başlatdığı, dalana dirənmiş diplomatik prosesi necə həll edəcəyi və ya necə davam edəcəyi ilə bağlı qərar verməli olacaq. Bununla yanaşı, ölkə daxilində də Tramp yeni ciddi proseslrə start verməyə hazırlaşır.  "The Times" qəzeti Pentaqondakı mənbələrə istinadən bildirir ki, ABŞ Silahlı Qüvvələrində xidmət edən bütün transgenderlər xidmətdən qovula bilərlər. Ölkənin yeni seçilmiş prezidenti Donald Tramp müvafiq fərmanı verməyi planlaşdırır. Bildirilir ki, Tramp 15 min nəfəri əhatə edəcək fərmanı vəzifəyə başladığı ilk gün imzalaya bilər. Xatırladaq ki, mart ayının sonunda Trampın qərargahı ABŞ-nin hazırkı prezidenti Co Baydendən transgenderlər gününü təsis etdiyinə görə üzr istəməsini tələb edib.

Nahid SALAYEV





Seçilən
16
baki-xeber.com

1Mənbələr