AZ

Azərbaycanın haqqını yemiş belə Kanada jurnalistinin Türkiyəyə ayaq qoymağa haqqı yoxdur...

Image

Yadigar Məmmədli: “Belələrini nə Azərbaycana, nə də Türkiyəyə qəti buraxmaq olmaz”

Kanadalı jurnalist Neil Hauerin Türkiyəyə girişinə qadağa qoyulub. Bu haqda o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. 

Hauer qeyd edib ki, İrəvandan İstanbul Sabiha Gökçen hava limanına turizm məqsədilə gəlib, lakin pasport nəzarətində saxlanılıb və ona adının qara siyahıda olduğu bildirilib. 16 saat gözlədikdən sonra jurnalist yenidən Ermənistana deportasiya edilib. Haueri təəccübləndirən o olub ki, o, əvvəllər Türkiyəyə bir neçə dəfə, ən son isə 2022-ci ilin yayında səfər edib və belə bir problem yaranmayıb. Hauer qadağanın Azərbaycanı tənqid etməsi və Qarabağ hadisələri ilə bağlı nəşrləri və erməni tərəfini fəal şəkildə dəstəkləməsi ilə bağlı ola biləcəyini irəli sürüb: “COP29 konsensus və beynəlxalq əməkdaşlığa nail olmaqdan ibarətdir. Ötən il Dağlıq Qarabağda “etnik təmizləmə” aparan builki ev sahibi Azərbaycanda bunun necə baş verə biləcəyini təsəvvür etmək çətindir”.

Türkiyə doğru olaraq Neil Haueri öllkəyə buraxmayıb. Çünki o, elə bir status yazandan sonra niyə Türkiyəyə buraxılmalı idi ki?

“Bunların məqsədi odur ki, tarixə qovuşan Qarabağ məsələsini yenidən hansısa formada canlandırsınlar”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədli hesab edir ki, elələrinə qarşı hər zaman prinsipial mövqe sərgilənməlidir: “Həm Qarabağdakı separatçıların təəssübünü çəkən statuslar yaz, həm Türkiyə əleyhinə mövqe sərgilə, həm də bütün bunlardan sonra utanmadan İstanbula səfər etməyə cəhd elə. Ondan sonra da de ki, məni deport elədilər. Lap əcəb elədilər. Belələrini nə Azərbaycana, nə də Türkiyəyə qəti buraxmaq olmaz. Nəinki bu ölkənin vətəndaşları, Kanada rəsmiləri də ermənipərəst mövqedən çıxış edirlər və dəfələrlə belə halların şahidi olmuşuq. Əksər hallarda belələri erməni lobbisinin sifarişlərini yerinə yetirir. Erməni diasporunun maliyyəsi hesabına Azərbaycana və Türkiyəyə qarşı təbliğat aparırlar, həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Məqsəd də bəllidir. Türkiyə və Azərbaycanı qaralamaq, erməni separatçıları ilə bağlı məsələləri süni surətdə gündəmdə saxlamaq. Bunların məqsədi odur ki, tarixə qovuşan Qarabağ məsələsini yenidən hansısa formada canlandırsınlar. Dünyada Azərbaycana qarşı mənfi rəy yaratsınlar. Ancaq hansı oyunlara baş vursalar da, hansı sifarişləri yerinə yetirsələr də belələri öz məqsədlərinə çata bilməyəcək. Ona görə ki, Azərbaycan qarşısına qoyduğu məqsəd və hədəflərə çatıb”.

Vidadi ORDAHALLI





Seçilən
44
baki-xeber.com

1Mənbələr