Aeroport yolunun üzərində yerləşən və yeni fəaliyyətə başlayan "Lukoil" yanacaqdoldurma məntəqəsi bağlanıb.
Sitat.info Ölkə.az-a istinadən xəbər verir ki, yanacaqdoldurma məntəqəsi cəmi iki gün fəaliyyət göstərib.
Həmin ərazidə, "Lukoil"lə üzbəüz fəaliyyət göstərən "SOCAR" YDM-in əməkdaşları da faktı təsdiqlədilər.
Bildirdilər ki, yeni fəaliyyətə başlayan YDM cəmi iki gün fəaliyyət göstərə bilib. Ərazidə olduğumuz zaman artıq reklam bannerlərinin sökülməsinin də şahidi olduq.