AZ

Qrenlandiyada gizli yeraltı hərbi baza tapıldı


NASA tədqiqatçıları təsadüfən Qrenlandiyada 50-55 il əvvəl tərk edilmiş gizli yeraltı hərbi baza aşkar ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə NASA Earth Observatory saytında məlumat verilib.

Araşdırma zamanı məlum olub ki, bu baza ABŞ-ın məxfi “Buz Qurdu” layihəsi çərçivəsində tikilib.

NASA-ya məxsus xüsusi radarla təchiz edilmiş təyyarə Qrenlandiyanın şimalında, Pituffik kosmik bazasından 240 kilometr məsafədə patrul uçuşu həyata keçirərkən, alimlər buz təbəqəsinin qalınlığını araşdırmağa başlayıblar.Və gözlənilmədən yer səthindən 30 metr dərinlikdə, qar və buz təbəqəsinin altında gizlənmiş geniş tunel şəbəkəsi aşkar ediblər.

Araşdırmaya rəhbərlik edən alimlərdən biri bildirib ki, əvvəlcə tunellərin nə olduğunu anlaya bilməyiblər. Daha sonra məlum olub ki, aşkar edilən qalıqlar ABŞ-ın1950-ci illərin sonunda tikməyə başladığı “Əsrin Düşərgəsi” adlı arktik hərbi bazaya məxsusdur. Bu baza, o dövrdə nüvə zərbələrinə belə tab gətirmək üçün nəzərdə tutulmuşdu. Lakin 1967-ci ildə “Buz Qurdu” layihəsi dayandırılıb və baza tamamilə buzun altında itib.

Lalə, BakuPost
Seçilən
20
bakupost.az

1Mənbələr