İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal “Golden Boy” mükafatını qazanıb.
Redaktor.az xəbər verir ki, bu mükafat Avropada ilin 21 yaşadək ən yaxşı futbolçusuna təqdim olunur.
L.Yamal İspaniya yığmasının heyətində AVRO-2024-ün qalibi olub.
Qeyd edək ki, “Golden Boy” mükafatı 2003-cü ildən təqdim edilir. 2023-cü ildə “Real”ın (Madrid, İspaniya) yarımmüdafiəçisi Cud Bellinqem bu ada yiyələnib.