AZ

Türkiyədə daha 28 qeyri-qanuni miqrant saxlanıldı




Türkiyədə daha 28 qeyri-qanuni mühacir saxlanılıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Çanaqqala sahillərində qeydə alınıb.

Belə ki, Çanaqqalanın Ayvacık rayonu sahillərində 28 qeyri-qanuni mühacir tutulub.

Sahil Mühafizəsi Şimali Ege Qrup Komandanlığı qrupları Ayvacık sahillərində üzən iki rezin qayıqda nizamsız immiqrantları təsbit edib. Komandalar Əfqanıstan, Fələstin və Yəməndən olan 6-sı uşaq olmaqla 28 qeyri-qanuni immiqrantı qayıqlara mindiriblər.

Prosedurların ardından xarici vətəndaşlar Ayvacık Mühacir Ön Qəbul və Yönləndirmə Mərkəzinə (GÖKSEM) təslim ediliblər.

Mehman Mehdiyev
Seçilən
13
newscenter.az

1Mənbələr