AZ

“Golden boy” mükafatının sahibi məlum oldu

“Barselona”nın 17 yaşlı futbolçusu Lamin Yamal “Golden boy” mükafatının sahibi olub. Msport.az xəbər verir ki, bu mükafat 2021-ci ildən Avropada ən gənc oyunçulara verilir.

Yamal 2024-cü ildə “Barsa”nın və İspaniya millisinin aparıcı üzvünə çevrilib. O, İspaniya yığması ilə Avropa çempionu olduğu yarışda 7 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə verib.

Gənc futbolçu bu mövsüm “Barselona”da 16 oyunda 6 qol vurub.

Xatırladaq ki, ötən il “Golden boy” mükafatını Cud Bellinqem almışdı. Ondan əvvəl isə “Barsa”nın 2 üzvü Pedri və Qavi ilin ən yaxşı gənc oyunçusu seçilmişdi.

 

Seçilən
9
msport.az

1Mənbələr